Astara və Şəkidə yanğın hadisələri baş verib
Astaranın Ərçivan qəsəbəsində Pensər kənd sakininə məxsus "TIR"-ın yük yerində yüklənmiş kömür kisələri yanıb. Hadisə yerinə FHN texnikası və canlı qüvvəsi cəlb olunub.
Şəkidə isə avtomobillərin təmiri servisində yanğın olub. Yanğının genişlənərək bitişik sexlərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində təmirə saxlanılmış minik avtomobilinin yanar konstruksiyaları və sexin tavan hissəsi yanıb.
Fərid Mehdiyev