Canlı
Astara polisi 2,5 kiloqramdan artıq narkotik vasitəni dövriyyədən çıxarıb

2018-02-12 / 18:08

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2,5 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Xalıq Fəttayev Ərçivan qəsəbəsində saxlanılaraq üzərinə baxış keçirilərkən bir bükümdə çəkisi 19,895 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Onun evinə də baxış keçirilib. Oradan əlavə olaraq 4 bükümdə 2 ,52 kiloqram narkotik vasitə olan tiryək aşkar edilib. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Vüsalə Camal