Canlı
Astara– Astara dəmir yolu xətti ilə ilk sınaq yük qatarı yola salınıb

2018-02-08 / 18:17

Bu gün Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu marşrutu ilə Rusiya Federasiyasından gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı İrana yola salınıb. Vaqonların yükü taxta və MDF-dən ibarətdir. Qeyd edək ki, bu ilin mart ayında Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi gözlənilir.

Vüsalə Camal