Asiya Futbol Konfederasiyası İranın "Persepolis" komandasının hücumçusu İsa Alekasiri sərt cəzalandırıb
2020-10-08 12:01
Asiya Futbol Konfederasiyası İranın "Persepolis" komandasının hücumçusu İsa Alekasiri sərt cəzalandırıb. Buna 30 yaşlı forvardın Çempionlar Liqasının 1/4 final mərhələsinin Özbəkistan "Paxtakor"u ilə matçında nümayiş etdirdiyi qol sevinci səbəb olub. O, ikinci hissənin əvvəlində fərqləndikdən sonra "qıyıq göz" işarəsi göstərib. Alekasiri 6 ay müddətinə futboldan kənarlaşdırıb və 10 000 ABŞ dolları məbləğində cərimələnib.
Vəfa Şairova