Canlı
"ASAN VİZA"ya müraciət edən ən yaşlı turist ASAN xidmət mərkəzinin fəaliyyəti ilə tanış olub

2018-09-12 / 16:16

"ASAN VİZA"ya müraciət edən ən yaşlı turist ASAN xidmət mərkəzinin fəaliyyəti ilə tanış olub. Bolqarıstan əsilli İsrail vətəndaşı 100 yaşlı Danon Yaakov ASAN xidmətdə olub. Yaakov bildirib ki, bu, onun Azərbaycana ilk səfəridir: "Aldığım məlumatlarda insanlarının çox səmimi, qonaqpərvər və yeməklərinin isə dadlı olduğunu öyrəndim. Bura gələndən sonra bu məlumatların doğruluğuna əmin oldum. Azərbaycana daxil olanda sənədləşmədə problemim oldu, sağ olsunlar operativ şəkildə həll etdilər. Ölkəni çox sevdim", - deyə 100 yaşlı turst vurğulayıb.

Ruhəngiz Hacızadə