ASAN mərkəzləri xüsusi iş rejimində işləyəcək
2020-03-28 14:03
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti 29 martdan xüsusi iş rejimində davam edəcək. Dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 108 “Çağrı” mərkəzi vasitəsilə qəbul ediləcək. Müraciətdə sorğu edilən xidmətin zəruri olması müəyyən edildikdə, vətəndaş aidiyyəti “ASAN xidmət” mərkəzinə yönləndiriləcək və ya ona səyyar xidmət göstəriləcək. Bundan əlavə, vətəndaşlara “Elektron hökumət” portalında mövcud olan elektron xidmətlərdən istifadə etmək tövsiyə edilir.
Nərgiz Camal