Artilleriya bölmələrində ön müşahidə üzrə hazırlıq kursu keçirilir
2021-04-26 10:00
2022-ci il döyüş hazırlığı planına uyğun olaraq raket və artilleriya bölmələrində atəş-dəstək qrup komandirləri ilə ön müşahidə üzrə hazırlıq kursu keçirilir. Hərbi qulluqçular müasir artilleriya müşahidə cihazlarının taktiki-texniki xüsusiyyətlərini, onlardan istifadə qaydalarını öyrənir. Praktiki bacarıqlarını təkmilləşdirirlər. Nəzəri məşğələlərin sonunda artilleriyaçılar atəş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetiriblər.
Vüsalə camal