Artıq gediş-gəliş biletlərini bir əməliyyatla almaq mümkündür
Azərbaycan vətəndaşları artıq “biletim.az” portalı və mobil tətbiqi üzərindən gediş-gəliş olmaqla hər iki istiqamət üzrə elektron bilet əldə edə biləcəklər.Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. İndiyədək sistemdə yalnız bir istiqamət üzrə bilet almaq mümkün idi. Yeni funksiya isə səfərlərin daha rahat planlaşdırılmasına və bilet alışının sürətləndirilməsinə imkan verəcək.Daha əvvəl istifadəçilər üçün alınmış bilet üzrə oturacaq yerinin və reysin çıxış vaxtının dəyişdirilməsi, həmçinin myGov ID ilə sürətli giriş imkanları da istifadəyə verilmişdi.
01 iyul 2026

