"Arsenal" baş məşqçisini istefaya göndərib

2019-11-29 16:05

İngiltərənin "Arsenal" klubu baş məşqçisi Unay Emerini istefaya göndərib. 48 yaşlı mütəxəssislə yollar komandanın uğursuz çıxışlarına görə ayrılıb. London təmsilçisi ispaniyalı məşqçinin rəhbərliyi altında ardıcıl 7 oyun qələbə qazana bilməyib. Bu, 27 il ərzində komandanın ən uğursuz göstəricisi olub.

Vüsalə Camal