Argentinanın "Ximnasiya və Esqrima" futbol komandasının baş məşqçisi Dieqo Maradona xəstəxanaya yerləşdirilib
2020-11-03 12:01
Argentinanın "Ximnasiya və Esqrima" futbol komandasının baş məşqçisi Dieqo Maradona xəstəxanaya yerləşdirilib. 60 yaşlı mütəxəssisin səhhətininin təhlükə törətmədiyi və COVID-19 testinin mənfi nəticə verdiyi bildirilir. Maradona sonuncu dəfə oktyabrın 30-da çempionat matçında ictimaiyyət qarşısına çıxıb. Sabiq hücumçunun paytaxt Buenos-Ayresdən bir saatlıq məsafədə olan klinikaya yerləşdirildiyi qeyd olunur. Son illər Dieqo Maradona səhhəti sarıdan çoxlu problem yaşayıb.
Vüsalə Camal