Canlı
Argentinalı musiqiçinin adını Azərbaycanın "qara siyahı"sından çıxarılıb

2018-02-14 / 12:01

Argentina vətəndaşı,“Sülh naminə musiqi” layihəsinin üzvü, musiqiçi Xuan Manuel Dominges Azərbaycan Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib. Dominges 2015-ci ildə “Sülh naminə musiqi” layihəsi çərçivəsində Dağlıq Qarabağa səfərinin Azərbaycana və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb. Musiqiçinin adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Ruhəngiz Hacızadə