Argentina millisinin sabiq futbolçusu yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər
2021-04-11 18:00
Argentina millisinin sabiq futbolçusu Karlos Tevez yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər. 38 yaşlı hücumçu “Tottenhem”in formasını geyinə bilər. Ötən ilin yayında “Boka Xuniors”dan ayrıldıqdan bəri klubsuz qalan Tevez vaxtilə “Yuventus”da rəhbərliyi altında oynadığı “Tottenhem”in baş məşqçisi Antonio Konte ilə görüşmək üçün İngiltərəyə qayıdıb. Onun durumuna tərəflər arasında aparılacaq danışıqlardan sonra aydınlıq gələcək.
Nərgiz camal