Argentina ilə oyunda baş verənlər Braziliya millisinə baha başa gələcək

FİFA DÇ-2026-nın seçmə mərhələsində Braziliya – Argentina oyunundan əvvəl “Marakana” stadionunda olan hadisələrlə bağlı rəsmi araşdırma başladıb. Qurum yaşananlara görə Braziliya millisini boş tribunalar qarşısında oynamaqla, hətta xalların silinməsi ilə cəzalandıra bilər. Hazırda turnir cədvəlində Argentina 15 xalla liderdir. Braziliya millisi isə 7 xalla 6-cı yerdədir. Xatırladım ki, matçda əvvəlcə iki komandanın azarkeşləri dava ediblər. Daha sonra isə Braziliya polisi qonaq komandanın azarkeşlərinə hücum edib. Hətta argentinalı futbolçular münaqişəyə müdaxilə etsə də, sonda Lionel Messi komandanı meydandan çıxararaq, paltardəyişmə otağına aparıb. Emiliano Martines isə polisləri dayandırmağa çalışıb. Hadisə səbəbindən oyunun başlaması yarım saat gecikib.

Emin İsazadə

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik