Arda Turan karyerasını Argentinada davam etdirə bilər
2020-01-17 18:11
Müqavilə ilə “Barselona”ya məxsus olan Arda Turan karyerasını Argentinada davam etdirə bilər. 32 yaşlı yarımmüdafiəçi “Boka Xuniors” klubuna keçmək istəyir. “Qalatasaray”ın yetirməsi olan Arda, 2011-ci ildə “Atletiko”ya, 2015-ci ildə isə “Barselona”ya keçib.
Ruhəngiz Hacızadə