"Araz-Naxçıvan" klubu qış fasiləsini Azərbaycanda keçirəcək
"Araz-Naxçıvan" klubu Azərbaycan Premyer Liqasında qış fasiləsini Azərbaycanda keçirəcək. Bunu bölgə təmsilçisinin icraçı direktoru Eldəniz Yusubov deyib. Klub rəsmisi vaxt azlığı səbəbindən təlim-məşq toplanışı məqsədilə ölkə xaricinə yollanmaq fikrində olmadıqlarını bildirib. Qeyd edək ki, "Araz-Naxçıvan" hazırda turnir cədvəlində 23 xalla 6-cı pillədə qərarlaşıb.

