Araz Abdullayevli “Boluspor” yenə qələbə qazana bilməyib
2020-10-27 12:09
Futbol üzrə Türkiyə 1-ci liqasında 7-ci turun oyunları keçirilib. Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb. Kollektiv doğma meydanda “Menemenspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. Araz da bu görüşün iştirakçısı olub. O, 84-cü dəqiqədə meydana buraxılıb. 7 turdan sonra hesabında 3 xal olan “Boluspor” 18 kollektiv arasında 17-cidir.
Vüsalə Camal