Canlı
Araz Abdullayev “Qəbələ”yə qayıdıb

2018-05-16 / 12:13

“Anortosis”lə yollarını ayıran Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayev müqavilə ilə məxsus olduğu “Qəbələ”yə qayıdıb. Kipr təmsilçisi keçid üçün 150 min avroluq məbləği ödəməkdən imtina etdiyi oyunçu Azərbaycan çempionatında oynamaqda maraqlıdı. Lakin onun “Qəbələ”də qalmaq ehtimalı da yüksək qiymətləndirilmir. Belə ki, oyunçu ilə “Neftçi”nin yaxından maraqlandığı vurğulanıb. Hətta Abdullayevin “ağ-qaralar”a qayıtmaq variantının daha real olduğu iddia edilir.

Ruhəngiz Hacızadə