Aralıq dənizi bölgəsində 540-dan çox zəlzələ qeydə alınıb
Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 3 432-ə çatıb, 21 103 nəfər yaralanıb. 338 min nəfər yataqxana, universitet və sığınacaqlarda yerləşdirilib. 8 mindən çox şəxs dağıntılar altından xilas edilib. 13 milyon 500 min vətəndaş zəlzələnin təsirinə məruz qalıb. Xilasetmə işlərinə 12 181 işçi cəlb olunub. Son 48 saatda Aralıq dənizi bölgəsində 540-dan çox zəlzələ qeydə alınıb.
Nərgiz Camalzadə