Araşdırmada üç qitənin səkkiz ölkəsindən olan 60 min könüllü iştirak edir
2020-10-13 10:05
ABŞ-ın "Johnson & Johnson" şirkəti iştirakçılardan birində "açıqlanmayan xəstəlik" aşkarlanması səbəbindən yeni növ koronavirus vaksininin sınaqlarını müvəqqəti dayandırıb. Bu barədə şirkətin saytında bildirilib. Sentyabrın 23-də "Johnson & Johnson" öz vaksinin klinik sınaqlarının üçüncü mərhələsinə başlayıb. Araşdırmada üç qitənin səkkiz ölkəsindən olan 60 min könüllü iştirak edir.
Fərid Mehdiyev