Arıçılara 5 milyon manatdan çox subsidiya verilməsi nəzərdə tutulub
2020-06-10 14:00
Azərbaycanda arıçılara 5 milyon manatdan çox subsidiya verilməsi nəzərdə tutulub. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu il üzrə 22670 arıçı qeydiyyata alınıb. Bu arıçılar 23052 arı ailəsinə qulluq göstərirlər. Ümumilikdə, 506944 arı pətəyi qeydiyyata alınıb. 1 arı ailəsinə görə 10 manat subsidiya ödənilir.
Nərgiz Camal