Arıçı-fermerlərə mina təhlükəsinə dair təlim keçirilib
2021-06-25 10:05
Azərbaycan Minatəmizləmə Agentliyi tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında Göygöl Regional Mərkəzində Kəlbəcər rayonuna səfər edəcək 66 nəfər arıçı-fermerə “Mina və Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” üzrə təlim keçirilib. Müxtəlif növ hərbi sursat və minaları əhatə edən sərgi də təşkil edilib.
Vüsalə camal