AQTA-nın və DİN-in birgə reydi: Tərtərdə at əti aşkarlanıb
AQTA və DİN birgə reydi zamanı Tərtərin Buruc kəndində Tural Əmrah oğlu Cəfərova məxsus tövlədə 146,8 kiloqram sümükdən ayrılmış at əti, 1 at başı və sümüklər aşkar edilib.Məlum olub ki, Seymur Baloğlan oğlu Məmmədov və Həsən İntiqam oğlu Cəfərli atı tövləyə gətirib, qəssab Seyfəddin Arif oğlu Quliyev ilə birlikdə kəsib və paketləyiblər. Ətin mal əti adı altında Bakı şəhərinə Elməddin Bulud oğlu Cəfərova göndərilməsi planlaşdırılırmış.İstehlaka yararsız ət nümunələri götürülərək soyuducu anbarda saxlanılıb. Araşdırmalar davam edir.
9 fevral 2026

