Sosial şəbəkələrdə və onlayn platformalarda idman qidaları və bioloji aktiv qida məhsullarının təbliği bu sahəyə marağın artmasına səbəb olub.Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı istehlakçılara xəbərdarlıq edib. Bu məhsullar yalnız etibarlı və rəsmi mənbələrdən əldə olunmalıdır.Vətəndaşlara satıcının rəsmi qeydiyyatını yoxlamağı, məhsulların idxal sağlamlıq aktına malik olmasına və bioloji aktiv qida məhsullarının dövlət qeydiyyatından keçməsinə diqqət yetirməyi tövsiyə olunur.Məhsulun etiket məlumatları və istifadə qaydaları diqqətlə oxunmalı, tərkibi, dozası və mümkün yan təsirləri barədə məlumat əldə edilməlidir. Məhsulun istifadəsinin fərdin sağlamlıq vəziyyətinə uyğunluğu da nəzərə alınmalıdır.Yoxlanılmamış məhsulların qəbulu sağlamlıq üçün risk yarada bilər.
13 aprel 2026

