AQTA 3 mindən çox Yeni il hədiyyə qutusunu satışdan kənarlaşdırıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dekabrın 11-27-də ticarət şəbəkələrində satışa çıxarılan 3 min 68 Yeni il hədiyyə qutusunu satışdan kənarlaşdırıb. 86 obyektdə qutuların üzərində etiket məlumatlarının olmadığı və yaxud düzgün aparılmadığı müəyyən edilib.

