Aptekdən dərman alan şəxsin pulu oğurlanıb
Bakıda aptekdən dərman alan şəxsin 100 manatını soyğunçuluq yolu ilə əlindən alan şəxs polislər tərəfindən saxlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Kamil Dadaşovun üzərindən heroin aşkar olunub. Soyğunçuluq edən şəxsin qanunsuz hərəkətləri aptekdə quraşdırılan kameralar vasitəsi ilə də qeydə alınıb.
Fərid Mehdiyev