Aprel ayının sonunda Yer kürəsinə potensial olaraq təhlükəli asteroid yaxınlaşacaq
2020-03-06 14:07
Aprel ayının sonunda Yer kürəsinə potensial olaraq təhlükəli asteroid yaxınlaşacaq. Astronomların bildirdiyinə görə, onun Yer ilə toqquşması istisna olunur. 1998 OR2 nömrəli asteroid planetimizə 29 aprel tarixində daha çox yaxınlaşacaq. Həmin gün o, Yer kürəsindən 6,29 milyon kilometr məsafədə olacaq ki, bu da Aya qədər olan məsafədən 16 dəfə daha çoxdur.
Nərgiz Camal