"Apple" şirkəti iPad Pro seriyasını yeniləməyi planlaşdırır
2021-03-18 10:07
"Apple" şirkəti iPad Pro seriyasını yeniləməyi planlaşdırır. Şirkət aprel ayında təkmilləşdirilmiş prosessora malik yeni bir planşet modelini təqdim edəcək. Təkmilləşdirilmiş prosessordan əlavə, planşet yenilənmiş kamera ilə də təchiz ediləcək. "Apple"ın nümayəndələri bu xəbərlərə hələlik münasibət bildirməyiblər.
Fərid Mehdiyev