Anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək. XİN
2021-10-11 14:07
Əfsuslar olsun ki, İran Xarici İşlər Nazirliyi Azərbaycana qarşı böhtan kampaniyasından əl çəkmir. Azərbaycan ərazisində heç bir iddia olunan terrorçu olmayıb və yoxdur. Ümumiyyətlə, terrordan əziyyət çəkmiş ölkə kimi Azərbaycan ərazisində heç zaman terrorçulara yer olmayib. Xarici İşlər Nazirliyinin sözcüsü Leyla Abdullayeva bildirib ki, Azərbaycan öz torpaqlarını şəhidlərinin qanı və canı bahasına işğaldan azad edib. "Anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək. Terrorçuları axtarmaq istəyənlərə məsləhətimiz odur ki, onlar öz ətraflarına yaxşı baxsınlar", deyə Leyla Abdullayeva qeyd edib.
Vüsalə camal