Antalyada etiraz aksiyası və 100-dən çox avtomobilin iştirakı ilə avtoyürüş təşkil edilib
2020-10-21 12:06
Azərbaycanın dinc əhalisinə qarşı Ermənistanın törətdiyi terror aktını qınamaq üçün Antalyada etiraz aksiyası və 100-dən çox avtomobilin iştirakı ilə avtoyürüş təşkil edilib. Azərbaycanın və Türkiyənin Dövlət Himnləri səsləndirilib, Gəncə terroru zamanı həlak olanların xatirəsi yad edilib. Aksiyada “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Mülki insanlar toxunulmazdır!” kimi şüarlar səsləndirilib.
Nərgiz Camal