Canlı
Antalyada daha 2 qələbə

Türkiyənin Antalya şəhərində şahmat üzrə klublararası Avropa çempionatı davam edir. Yarışın dördüncü turunda Azərbaycan komandaları növbəti qələbələrini qazanıblar. Kişilərdən ibarət “Odlar Yurdu” ardıcıl 4-cü dəfə rəqibini mat qoyub. Komandamız Hollandiyanın “Leyden” kollektivini 5:1 hesabı ilə məğlub edib. Qadınlardan ibarət “Odlar Yurdu” isə Türkiyənin “Anatoliya” klubuna qalib gəlib. Bu qələbə zəriflərimizi yenidən liderlər qrupuna qaytarıb.

Vəfa Şairova