Canlı
Ankara və Bağdad İraqda PKK-ya qarşı birgə mübarizə barədə razılığa gəliblər

2018-03-13 / 12:02

Ankara və Bağdad İraqda PKK terror təşkilatına qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər. Bu barədə Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib. Qeyd edib ki, PKK nəinki Türkiyə, bütün qonşu ölkələr üçün təhdiddir. Bununla belə, B.Bozdağ İraqın şimalında keçiriləcək hərbi əməliyyatların dəqiq tarixini açıqlamayıb. Bundan əvvəl Türkiyənin Baş naziri Binəli Yıldırım bəyan etmişdi ki, Ankara İraqla PKK-ya qarşı birgə əməliyyatlara başlamaq barədə danışıqlar aparır.

Ruhəngiz Hacızadə