Andrey Şevçenko Polşa millisi ilə anlaşıb
2021-01-24 16:12
Genoa-dan istefaya göndərilən Andrey Şevçenko Polşa millisinə rəhbərlik etməyə razılıq verib. 46 yaşlı çalışdırıcı Polşa Futbol Assosiasiyası ilə müqavilənin bütün şərtlərini artıq razılaşdırıb. Anlaşmaya əsasən, Şevanın illik maaşı 2,5 milyon avro olacaq. Vəsaitin bir hissəsini assosiasiya, qalan hissəsini isə sponsorlar ödəyəcək. Polşa millisi DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Rusiya ilə qarşılaşacaq.
Vüsalə camal