Anasını öldürən oğul tutulub
Qubanın Bağbanlar kəndində evlərin birində 1938-ci il təvəllüdlü İsmixanova Zöhrə Qazməmməd qızının küt alətlə aldığı xəsarətlərlə xəstəxanaya çatdırılması və orada ölməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının oğlu 1974-ci il təvəllüdlü İsmixanov Zülfüqar Bahəddin oğlu saxlanılıb. İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş ver verib.
Vüsalə Cənnətova