Anar Kərimov Mədəniyyət naziri vəzifəsindən azad edilib
Prezident İlham Əliyevin sərəncamları ilə Anar Kərimov Mədəniyyət naziri vəzifəsindən azad edilib, Adil Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilərək mədəniyyət nazirinin birinci müavini vəzfəsinə və nazir vəzifəsinin müvəqqəti icraçısı təyin olunub. Zaur Fəti-zadə Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib. Dövlət başçısının imzaladığı fərmanla ANAMA-nın İdarə Heyətinin tərkibi 4 nəfər müəyyən edilib.