ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb, ayağı amputasiya olunub
Bu gün Şuşanın Qaybalı kəndi ərazisində mina hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyi birgə məlumat yayıb. ANAMA əməkdaşı 1981-ci il təvəllüdlü Elçin Quliyev xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarətlər alıb. Onun sağ ayağı amputasiyası olunub. Hazırda vəziyyəti stabildir. Faktla bağlı araşdırma aparılır.
Azad Mustafayev