ANAMA-nın minaya düşən əməkdaşı Bakıya təxliyə olunub
ANAMA-nın Ağdamda minaya düşərək xəsarət alan əməkdaşı Zaur Mahmudov Gəncədən Bakıya təxliyə olunub. O, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib. Vəziyyəti qənaətbəxş hesab edilir. Hadisə dünən rayonun Sarıcalı kəndində qeydə alınıb.
Fərid Mehdiyev