ANAMA Cəbhəboyu ərazilərdə əməliyyatları davam etdirir
2020-01-09 10:04
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Tərtər, Tovuz rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə məlumat daxil olub. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 15 ədəd partlamamış hərbi sursat, 2 ədəd bombacıq, 4 ədəd piyada əleyhinə mina, boru şəkilli partlayıcı yük və 5 ədəd partlamış mərmi qalıqları aşkar olunub. 86 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib.
Vüsalə Camal