ANAMA əməkdaşı minaya düşüb
ANAMA əməkdaşı Ağdamda minaya düşüb. Hadisə dünən rayonun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində baş verib. Ərazidə mina təmizləmə işləri aparan Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşı 1987-ci il təvəllüdlü Əliyev Xəyyam Qəmbər oğlu xəsarət alıb və istifadə olunan texnikaya maddi ziyan dəyib. Xəyyam Əliyevin vəziyyəti qənaətbəxşdir. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Azad Mustafayev