Ançelottinin "elçi"ləri artır
"Mançester Yunayted" "Real"ın baş məşqçisi Karlo Ançelottiyə təklif göndərib. Daha əvvəl Madrid klubunun rəhbərliyinin Ançelotti ilə yeni müqavilə uzatmağı planlaşdırdığı barədə xəbər yayılıb. Onun "Real"la hazırkı müqaviləsi bu mövsümün sonu başa çatır. Braziliya futbol federasiyası isə bütün bu xəbərlərin fonunda Ançelotti ilə daha öncədən razılaşma əldə edildiyi barədə məlumat yayıb.
Emin İsazadə