Amputant futbolçulardan ibarət komandamız Avropa çempionatına qatılacaq
Amputant futbolçulardan ibarət komandalar arasında Fransada keçiriləcək Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib. Azərbaycan millisinin də qatılacağı qitə birinciliyində 16 komanda mübarizə aparacaq. İyunun 1-8-i aralığında təşkil olunacaq turnirin martın 16-da püşkatma mərasimi keçiriləcək. Komandalar hərəsində 4 iştirakçı olmaqla 4 qrupda yer alacaqlar.
Fərid Mehdiyev