Amerikanın “Nyu York Kosmos” klubu “Qarabağ”ın sabiq futbolçusunu komandada saxlamaq istəyir
2020-03-05 14:07
Amerikanın “Nyu York Kosmos” klubu “Qarabağ”ın sabiq futbolçusu Ansi Aqollini komandada saxlamaq istəyir. Bu barədə klubun baş məşqçisi Karlos Mendes açıqlama verib. O, Aqolli ilə danışıqlar aparıldığını və onu mütləq heyətdə saxlamaq istədiklərini bildirib. Albaniyalı oyunçunun da “Nyu York Kosmos”da qalmağa müsbət yanaşdığı deyilir. Aqolli 2019-cu ilin martında "Qarabağ"dan Amerika klubuna keçib.
Nərgiz Camal