Amerikalı iş adamı Elon Mask dünyanın ən varlıları siyahısında üçüncü olub
2020-09-01 10:07
Amerikalı iş adamı Elon Mask dünyanın ən varlıları siyahısında üçüncü olub və bu göstəriciyə görə "Facebook"un qurucusu Mark Zukerberqi qabaqlayıb. Tesla və SpaceX-in təsisçisinin sərvəti 111,3 milyard dolları keçib. "Bloomberq"in hesablamalarına görə, Mask 110,5 milyard dollar dəyərində aktivə sahib olan "Facebook"un qurucusundan daha varlı olub. Ən varlıların siyahısında birinci yeri 200 milyard dollarla dünyanın ən böyük onlayn operatoru "Amazon"un rəhbəri Cef Bezos, ikinci yeri isə 125 milyard dollarla "Microsoft" korporasiyasının başçısı Bil Geyts tutur.
Fərid Mehdiyev