AMEA-nın Gəncə bölməsinin tərkibinə daxil olan elmi müəssisələrin sayı artırılıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) strukturunda dəyişiklik edilib. Baş nazir Əli Əsədovun imzaladığı qərarla AMEA-nın strukturuna daxil olan Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələrin sayı artırılıb. Humanitar Tədqiqatlar və Diyarşünaslıq İnstitutu, Nizami Gəncəvi Mərkəzi həmin bölmənin tərkibinə daxil edilib.
20 noyabr 2026

