AMB uçot dərəcəsini dəyişməz saxlayıb
2020-03-19 18:04
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7,25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 9% saxlanılmaqla aşağı həddi 6,75%-ə qaldırılıb.Məlumatda bildirilir ki, bu qərar başlıca olaraq İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə qlobal mühitdə baş verən əhəmiyyətli dəyişikliklər və onun təsiri altında yaranmış qeyri-müəyyənliklər nəzərə alınmaqla qəbul edilib.
Fərid Mehdiyev