Alveş Braziliya millisinin heyətində Roberto Karlosu qabaqladı
Dani Alveş Braziliya millisinin heyətində ən çox oyun keçirən futbolçuların siyahısında ikinci pilləyə yüksəlib. 39 yaşlı müdafiəçi ötən gecə Cənubi Koreya ilə matçda “sambaçılar”ın heyyətində 126-cı dəfə meydana çıxıb. O, 4:1 hesabı ilə qalib gəldikləri görüşün 63-cü dəqiqəsində Eder Militaonu əvəzləyərək Roberto Karlosu geridə qoyub. Alveş, indi yalnız Kafudan geri qalır.