Almatıda iğtişaşlar nəticəsində güc strukturlarının 12 əməkdaşı həlak olub
2021-01-06 18:04
Almatı şəhərində etirazçılarla toqquşmalar zamanı güc strukturlarının 12 əməkdaşı həlak olub, daha 353 əməkdaş yaralanıb. Bu barədə Qazaxıstanın dövlət telekanalı məlumat yayıb. Aktobe hava limanı etirazçılardan azad edilib. Jambıl vilayətinin administrasiyasının binası da hakimiyyət nümayəndələrinin nəzarətinə qaytarılıb. Fövqəladə vəziyyət rejimilə bağlı əcnəbilərin ölkəyə girişi dayandırılıb. Qazaxıstan hökuməti benzinin və dizel yanacağının qiymətlərini 180 gün müddətində tənzimləməyə qərar verib.
Vüsalə camal