Almatıda hosteldə yanğın olub, 13 nəfər ölüb
Qazaxıstanın Almatı şəhərində hosteldə yanğın baş verib. Kəşfiyyat və yanğının söndürülməsi zamanı 13 nəfərin meyiti aşkar edilib. Bu barədə şəhər Fövqəladə Hallar Departamenti məlumat yayıb. Yataqxanada 72 nəfər olub, 59 nəfər özünü təxliyə edib.
Nərgiz Camalzadə