Almaniyanın Azərbaycandakı səfiri Gəncə və Göygöldə səfərdə olub
Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölke ölkəmizin qərb bölgəsinə səfər edib.Səfər çərçivəsində səfir Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovla görüşüb.Görüşlərdə bölgənin tarixi, iqtisadi potensialı, Azərbaycan-Almaniya əlaqələrinin inkişafı, sənaye, investisiya, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.Göygöldə səfir və nümayəndə heyəti alman irsini əks etdirən tarixi məkanlarla, o cümlədən Viktor Klaynın ev-muzeyi və Müqəddəs İohan kilsəsi ilə tanış olub. Həmçinin almanlar tərəfindən əsası qoyulan Göygöl Şərab Zavoduna baxış keçirilib.
16 oktyabr 2026

