Canlı
Almaniyada köhnə avtomobillərin yürüşünün növbəti finişi Azərbaycan olacaq

2018-11-08 / 12:01

Almaniyada ənənəvi keçirilən köhnə avtomobillərin yürüşünün növbəti finişi Azərbaycan olacaq. Avtoyürüş 2019-cu il mayın 11-də Almaniyannın Bavariya əyalətindən start götürəcək. Müddəti 184 gün müəyyənləşdirilib. Ümumilikdə finişə qədər 12 ölkədən keçəcək, sürücü və sərnişindən ibarət komandaların yürüşünün finiş xətti Azərbaycanın Abşeron yarmadasındakı “Yanardağ”dır. “Yanardağ”ı tapıb ona ilk çatan komandanı isə pul mükafatı gözləyir.

Ruhəngiz Hacızadə