Almaniyada Azərbaycanın tarixi qələbəsi münasibətilə aksiya keçirilib
2020-11-12 18:03
Almaniyada Azərbaycanın tarixi qələbəsi münasibətilə aksiya keçirilib. Hannover şəhərinin mərkəzində baş tutan tədbirdə soydaşlarımız yerli ictimaiyyəti məlumatlandırıb. Qarabağ münaqişəsinin tarixi haqqında ətraflı informasiya verilib, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti diqqətə çatdırılıb.
Nərgiz Camal